Türkiyədə mənzil qiymətləri fevral ayında ötən ilin eyni dövrün ilə müqayisədə 96,4% artıb.
Eləcə də bax: Azərbaycanda mənzillər - BAHALAŞIB
FED.az Türkiyə Respublikası Mərkəzi Bankına (TCMB) istinadən xəbər verir ki, illik mənzil qiymət artımında yeni rekord qeydə alınıb.
Yanvarda mənzil qiymətləri illik 77,36% artmışdı.
Yanvar ayı ilə müqayiədə Fevralda artım 13,5% təşkil edib. İnflyasiya nəzərə alınmaqla artım 26,9 faiz təşkil edib.
TCMB-nin mənzil qiymətləri indeksinə görə, yeni mənzil indeksi fevral ayında illik 102,2 faiz artıb. Köhnə evlərin qiymətləri isə illik 95,3 faiz yüksəlib.
İstanbulda qiymət artımı 100%-i keçib
TCMB-nin məlumatlarına görə, İstanbulda mənzil qiymətlərində artım 106,3% olub. İstanbulda yeni evlərin qiymət indeksi illik müqayisədə 114,6 faiz artıb. Köhnə evlərdə qiymət artımı 107,6 faiz olaraq qeydə alınıb. Bu rəqəmlərdən sonra İstanbulda kvadrat metrin qiyməti 13 min 836 TL olub.
Mənzil qiymətlərində Ankara 97,1% artım ilə İstanbulun ardınca gəlir. İzmirdə qiymətlər 90,1% artıb. Ankarada kvadrat metrin qiyməti 6 min 225 TL ikən, İzmirdə ilk dəfə 10 min TL-ni keçərək 10 min 61 TL-yə yüksəlib. (Marja)