Türkiyədə mənzil alan azərbaycanlılar artmaqda davam edir. FED.az Türkiyənin Statistika Komitəsinə istinadən xəbər verir ki, 2019-cu ilin Aprel ayında azərbaycanlılar Türkiyədə 87 mənzil alıblar. 2018-ci ilin Aprel ayında azərbaycanlılar Türkiyədə 68 mənzil almışdılar.
2019-cu ilin Yanvar-Aprel dövründə isə azərbaycanlılar Türkiyədə 374 mənzil alıblar. 2018-ci ilin eyni dövründə bu say 257 idi.
Azərbaycanlılar Türkiyədə mənzil alan xaricilər arasında 13-cü yerdədir. Aprel ayında Türkiyədən ən çox mənzili İraq vətəndaşları alıblar - 533 mənzil. İraqlıların ardınca 395 mənzil ilə Səudiyyə Ərəbistanı, 332 mənzil ilə İran, 202 mənzil ilə Küveyt və 202 mənzil ilə Rusiya vətəndaşları gəlirlər.
Türkiyədə mənzil satışları 2019-cu ilin Aprel ayında ötən ilin eyni ayı ilə müqayisədə 18,1% azalaraq 84 min 403 olub. Xaricilərə satışlar isə illik 82% artaraq 3 min 720 olub
2018-ci ildə azərbaycanlılar Türkiyədə 1250 mənzil alıblar. 2017-ci ilin 12 ayında bu say 942 mənzil idi.