Kənd təsərrüfatına dəstək, bu sahəyə dövlət qayğısı aqrar sektora investisçiyaların artmasına və sahənin inkişafına səbəb olur. FED.az xəbər verir ki, belə vəziyyətdə xüsusilə innovasiyaların və texnoloji yeniliklərin tətbiq edilməsi fermerlərə gəlir gətirməyə başlayır. Bütün bunlar isə öz növbəsində torpaqların, əkin sahələrinin qiymətinin artması ilə nəticələnir.
Azərbaycanda aqrar sahəsinin inkişafı yenicə başlasa da, qardaş Türkiyədə kənd təsərrüfatı artıq uzun illərdir ki, ölkə iqtisadiyyatının aparıcı sahələrindən birinə çevrilib. Nəticədə sahiblərinə böyük gəlirlər gətirən torpaqların qiyməti də yüksəkdir.
FED.az-ın araşdırması göstərib ki, Türkiyədə qiyməti 200 min lirədən 2 milyon lirəyə qədər olan əkin sahələri satılır. Əkin sahələrinin qiymətləri həmin bölgənin iqtisadi inkişaf səviyyəsinə görə dəyişir. Magistral yola yaxın olan sahələrin qiyməti qismən bahadır. Türkiyədə tarla almaq istəyənlər ödənişi kredit yolu ilə həyata keçirə bilər.
Şəkər çuğunduru əkmək istəyənlər üçün torpaq sahəsi – 225 min lirə
Türkiyənin Kırklareli-Lüleburqaz səmtində 16 min 70 kvadratmetr ölçüdə torpaq sahəsi satılır. 1 kvadratmetrinin qiyməti 14 lirə, ümumi qiyməti isə 225 min lirədir(milli valyuta ilə 100 min 530 manat). Başqa sözlə, torpağın bir hektarının qiyməti 140 min lirə və ya 36 min dollar təşkil edir. Qeyd edək ki, Kırklarelidə yetişən məşhur kənd təsərrüfatı məhsulları buğda, qarğıdalı, lobya, şəkər çuğunduru və günəbaxandır.
Tütünçülüklə məşğul olanlar üçün – 240 min lirə
Çanakkale-Ezine-Pazarköy kəndində ümumi sahəsi 17 min 400 kvadratmetr olan əkin sahəsi satılır. 1 kvadratsantimetrinin qiyməti 14 lirə, ümumi qiyməti isə 240 min lirədir(milli valyuta ilə 107 min 232 manat). Başqa sözlə torpağın bir hektarının qiyməti 138 min lirə və ya 35,4 min dollardır. Torpaq sahəsi evlə də barter edilə bilər. Burada əsasən buğda, arpa, çovdar, küncüt, tütün, lobya və noxud birkiləri yetişdirilir.
Pambıqçılar üçün torpaq sahəsi – 1 milyon 950 min lirə
İzmir-Bayındırda ümumi sahəsi 9400 kvadratmetr olan əkinə yararlı sahə satılır. Burada isə torpağın 1 kvadratmetrinin qiyməti 207 lirəyə, ümumi qiyməti isə 1 milyon 950 min lirədir(milli valyuta ilə 871,3 min manat). Başqa sözlə, bu torpağın br «sotu» 20,7 min lir ə və ya 5,3 min dollardır. Əkin sahəsi magistral yola yaxın ərazidə yerləşir. Bu ərazini kreditlə də almaq mümkündür. Burada isə ən məşhur kənd təsərrüfatı məhsulları tütün, pambıq, küncüt, kətan və şəkər çuğundurudur.
Qarğıdalı sahəsi – 485 min lirə
Kocaeli-Başiskele-Servetiyekarşı kəndində ümumi ərazisi 21 min kvadratmetr olan əkinə yararlı torpaq sahəsi satılır. Sahənin 1 kvadratmetrinin qiyməti 23 lirəyə, ümumi qiyməti isə 485 min lirəyədir(milli valyuta ilə 216 min 698 manat). Başqa sözlə, torpağın bir hektarının qiyməti 231 min lirə və ya 59,2 min dollardır. Bu ərazi də yola yaxın ərazidə yerləşir və ödənişi kredit yolu ilə etmək olar. Burada yetişən bitkilər buğda, yulaf, qarğıdalı, günəbaxan, şəkər çuğunduru, tütün və kətandır.
İstanbulda əkin sahəsi - 396 min lirə
İstanbul-Çatalcada ümumi sahəsi 1819 kvadratmetr olan əkinə yararlı torpaq sahəsi satılır. Bu torpaq sahəsinin 1 kvadratmetrinin qiyməti 218 lirədir(milli valyuta ilə 177 min manat). Ümumi qiymət isə 396 min lirədir. Başqa sözlə, bu torpağın bir «sot»unun qiyməti 22 min lirə və ya 5,6 min dollar təşkil edir. Ödəniş kreditlə yox, birdəfəyə qəbul olunur. Burada yetişən kənd təsərrüfatı məhsulları buğda, arpa, yulaf, çəltik, qarğıdalı, paxla, noxud, lobya, şəkər çuğunduru, günəbaxan, kartof və yoncadır.
Dəniz kənarında əkin sahəsi – 1 milyon 600 min lirə
Muğla-Marmaris-Turqutda ümumi ərazisi 2000 kvadratmetr olan əkinə yararlı torpaq sahəsi satılır. Ərazisinin ümumi qiyməti 1 milyon 600 min lirədir (milli valyuta ilə 715 min manat). Bu əkin sahəsi dəniz kənarında yerləşir. Başqa sözlə, bu torpağın bir «sot»unun qiyməti 80 min lirə və ya 20,5 min dollar təşkil edir. Burada ən çox göbələk və qarğıdalı yetişdirilir.
Bodrumda naringi yetişdirmək üçün – 2 milyon lirə
Hamının istirahət üçün üz tutduğu Bodrumda ümumi sahəsi 5000 kvadratmetr olan əkinə yararlı torpaq sahə satılır. Ümumi qiyməti 2 milyon lirədir(milli valyuta ilə 893,6 min manat). Başqa sözlə torpağın bir «sot»unun qiyməti 40 min lirə və ya 10,3 min dollardır. Burada ən çox yetişdirilən kənd təsərrüfatı məhsulları isə nar və naringidir.
Türkiyədə əkin sahələri neçəyədir? – QİYMƏTLƏR
15:57
14 Fev 2018