2022-ci ilin yanvar-avqust aylarında (8 ayda) azərbaycanlılar Türkiyədə 873 mənzil (ev) alıblar.
Eləcə də bax: Türkiyədə dövlət ucuz ev satacaq - ƏRDOĞAN MEQA LAYİHƏNİN DETALLARINI AÇIQLADI
FED.az Türkiyə Statistika Xidmətinə istinadən xəbər verir ki, azərbaycanlılar yanvarda 89, fevralda 93, martda 115, apreldə 156, mayda 118, iyunda 131 mənzil, iyulda 65, avqustda isə 106 ev alıblar. Beləliklə, iyul ayı ilə müqayisədə avqustda azərbaycanlıların aldığı mənzillərin sayı yenidən artıb.
Xatırladaq ki, azərbaycanlılar 2021-ci ilin yanvar-avqust aylarında Türkiyədə 858, o cümlədən yanvarında 68, fevralında 77, martında 106, aprelində 131, mayında 47, iyununda 164 mənzil, iyulunda 127, avqustunda isə 138 mənzil almışdılar.
Azərbaycanlılar Türkiyədə 2020-ci ildə 1279 mənzilə, 2021-ci ildə isə 1517 mənzilə mənzilə sahib olublar.
Mayda azərbaycanlılar Türkiyədə ev alan xaricilər arasında 11-ci yeri tutublar. (Marja)