“Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-nin Baş direktoru vəzifəsinə Türkiyə Respublikasının vətəndaşı təyin edilib.
Eləcə də bax: "Azərxalça"ya daha bir sədr müavini təyin edilib - SƏRƏNCAM
FED.az Banker.az-a istinadən xəbər verir ki, Ayhan Keskinnkılıç “Akkord”un baş direktoru təyin edilib.
Onu bu vəzifədə müvəqqəti olaraq Anar Məmmədov Davud oğlu əvəz edirdi.
Xatırladaq ki, “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” 2006-cı ildən fəaliyyət göstərir. Onun nizamnamə kapitalı 8.33 mln. manatdır. Şirkətin səhmlərinin 51%-i “VIP Estate” MMC-yə, 49%-i isə Dərya Müsəllim oğlu Vəliyeva məxsusdur.