“Sur Yapı" MMC şirkəti ilə “Meliorasiya və Su Təsərrüfatı” ASC arasında Qəbələdə su anbarının tikintisi ilə bağlı protokol imzalanıb.
Eləcə də bax: Suqovuşan su anbarının bərpasına 12 milyon manat - XƏRCLƏNƏCƏK
FED.az xəbər verir ki, “Sur Yapı" MMC-nin direktoru Cem Hakan Elmas Qarabağ başda olmaqla Qarabağın bütün şəhərlərinin yenidən bərpasına töhfə verəcəklərini vurğulayıb.
“Əsas Qarabağ bölgəsində dağıntılara məruz qalan şəhərlər olmaqla bütün Azərbaycanın yenidən bərpasına töhfə verəcəyik. Azərbaycandakı qardaşlarımızın haqqı olan dövrün tələblərinə uyğun müasir və problemsiz yaşayış sahələrinə qovuşması üçün əlimizdən gələni edəcəyik”, - deyə Cem Hakan Elmas əlavə edib.
Qeyd edək ki, Qəbələ rayonunun Yenikənd kəndinin şimal hissəsində inşası reallaşdırılacaq "Yengicə" su anbarının ümumi su tutumu 17,5 milyon kub, istifadə olunan həcmi isə 12,5 milyon kub nəzərdə tutulub. Su anbarı tikildikdən sonra Qəbələnin aran hissəsində 10 min hektar sahənin suvarılması tam təmin olunacaq. Bu isə həmin torpaqlarda məhsuldarlığı artırmaqla yanaşı, ildə 2-3 dəfə əkin aparmağa imkan verəcək. (Apa)