Türkiyə əhalisinin təqribən 30%-i icarəyə götürülmüş mənzil və evlərdə yaşayır.
Bağ evlərinin kirayəsi - BAHALAŞACAQ
Türkiyə statistika institutunun (TÜİK) məlumatına görə, 2022-ci ilin sonuna Türkiyədə icarəyə götürülən mənzillərdə yaşayanların sayı 27,2% təşkil edir.
FED.az xəbər verir ki, 2021-ci illə müqayisədə icarədə yaşayanların sayı artıb – 2021-də belələri 26,8% idi.
Türkiyədə öz evində yaşayanların sayı isə müvayiq olaraq 2021-ci ildəki 57,5%-dən, 2022-ci ildə 56,7%-ə düşüb.
Öz evində yaşamayıb, amma icarə haqqı da ödəməyənlər isə 15,1% təşkil edir. 2021-ci ildə belələri 14,6% idi.