Azərbaycanda tikinti korporasiyası olan “Akkord”un törəmə inşaat şirkətinin rəhbəri dəyişib.
Eləcə də bax: “PMD” Qalaaltı hotelinə yeni rəhbər - Təyin Edib
FED.az Banker.az-a istinadən xəbər verir ki, “Akkord Mərmər Qranit” MMC-nin direktoru olan Müşviq İbadov Mirzəxan oğlu vəzifəsindən istefa verib.
Onun yerinə Səid Qardaşov Vahid oğlu təyin edilib.
Qeyd edək ki, “Akkord Mərmər Qranit” 2014-cü ilin oktyabrında yaradılıb və 17 500 manat nizamnamə kapitalına sahibdir.