Tikinti obyektlərinin layihələndirilməsi, tikintisi, yenidən qurulması və digər şəhərsalma və tikinti fəaliyyəti yol hərəkətinin təhlükəsizliyi tələblərinə uyğunlaşdırılacaq.
ELƏCƏ DƏ BAX: Azərbaycanda ipoteka krediti ilə ev alanların - SAYI AÇIQLANIB
FED.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019–2023-cü illər üçün Dövlət Proqramı”nda əksini tapıb.
Sənədə əsasən, Nazirlər Kabineti 2019-2020-ci illərdə Daxili İşlər Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Fövqəladə Hallar Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, Bakı Nəqliyyat Agentliyi və “Azərbaycan Dəmir Yolları” QSC ilə birgə tikinti obyektlərinin layihələndirilməsi, tikintisi, yenidən qurulması və digər şəhərsalma və tikinti fəaliyyətinin planlaşdırıldığı ərazinin yol-nəqliyyat infrastrukturuna uyğunluğu meyarlarını və tələblərini tənzimləyən normativ hüquqi və normativ xarakterli aktların yol hərəkətinin təhlükəsizliyi tələblərinə uyğun olaraq təkmilləşdirilməsini təmin etməlidir.
Tikintiyə yeni tələb – MÜƏYYƏNLƏŞƏCƏK
19:10
2 Yan 2019