“İslahatlar İcmalı”nın xüsusi buraxılışı tikintiyə dair islahatlara həsr olunub
FED.az xəbər verir ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İslahatlar İcmalı”nın xüsusi buraxılışı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Fərmanı ilə tikintiyə icazə verilməsi üzrə vahid yanaşma prinsipinin formalaşdırılması ilə səmərəliliyin və şəffaflığın artırılması istiqamətində görülən işlərə həsr olunub.
Qeyd edək ki, Prezidentin “Bəzi tikinti obyektlərinə tikintiyə icazə və tikinti obyektinin istismarına icazə verilməsi Qaydası” ilə bağlı 28 dekabr 2018-ci il tarixində imzaladığı Fərmana əsasən əsasən tikintiyə və tikinti obyektinin istismarına icazə ödənişsiz şəkildə aparılır, tikintiyə icazə alınması istiqamətində bütün aidiyyəti qurumlardan rəylər və texniki şərtlərin alınması tam olaraq sahibkarın iştirakı olmadan elektron qaydada həyata keçirilir. Eyni zamanda, tikintiyə və istismara icazənin əldə olunması üzrə tələb olunan prosedurların sayı 18-dən, 7-ə və günlərin sayı isə 116 gündən 38 günə azaldılmaqla, sahibkarlar üçün daha operativ, şəffaf və səmərəli mühit formalaşdırılır.
Eləcə də bax: Tiknti sektoru üçün əsas yenilik yenə də - TƏXİRƏ SALINIR
Bütün yeniliklərin xüsusi infoqrafik təsvirlərlə təqdim olunduğu “İslahat icmalı”nın xüsusi buraxılışı ilə www.iqtisadiislahat.org saytının İslahat icmalı bölümündə tanış ola bilərsiniz.