Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin tikintisi başa çatdırılmamış daşınmaz əmlaka və onun hissələrinə mülkiyyət hüququnu və onun ipoteka ilə yüklülüyünü qabaqcadan qeydiyyata almaq hüququ ləğv edilib.
ELƏCƏ DƏ BAX: Aztəminatlı gənclərin mənzil problemlərinin həlli üçün dövlət tədbir görəcək
FED.az-ın məlumatına görə, bu, bu gün Prezident İlham Əliyevin imzaladığı fərmanla “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”-də edilən dəyişiklikdə əksini tapıb.
“Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin fəaliyyəti ilə bağlı bəzi məsələlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 16 noyabr tarixli 1113 nömrəli Fərmanında da dəyişiklik edilib. Beləliklə, Mənzil İnşaatı Dövlət Agentliyinin, “MİDA” Məhdud Məsuliyyətli Cəmiyyətinin, habelə vətəndaşların yaşayış sahələrinə ehtiyacının ödənilməsi məqsədi ilə Agentliklə və ya “MİDA” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanmış müqavilə əsasında çoxmənzilli binalar inşa edərək üzərində mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış paylara bağlı mənzilləri vətəndaşlara Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydasında müəyyən edilmiş şərtlərlə satmaq öhdəliyi götürmüş investorun sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsinə o şərtlə yol verilir ki, müvafiq müqavilədə mənzilin üç il müddətində özgəninkiləşdirilməsinə, həmin mənzilin kredit hesabına əldə edilməsi üçün ipoteka ilə yüklü edilməsi halları istisna olmaqla, digər öhdəliklərin təminatı məqsədi ilə ipoteka ilə yüklü edilməsinə, habelə üç il müddətində mənzilin icarəyə və ya kirayəyə verilməsinə məhdudiyyət nəzərdə tutulmuş olsun.
Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydasına əsasən Mülki Məcəlləyə və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanuna uyğun olaraq üzərində hüquqlar qabaqcadan qeydiyyata alınmış mənzillərin alqı-satqısı haqqında müqavilə notariat qaydasında təsdiq edilir və əldə edənin hüquqları daşınmaz əmlakın dövlət reyestrində qabaqcadan qeydiyyata alınır. Dəyişikliyə əsasn bu tələblər 2018-ci il iyulun 1-dək üzərində hüquqlar qabaqcadan qeydiyyata alınmış binalara, habelə həmin binaların tərkib hissəsi olan mənzillərə şamil ediləcək.
Mülki Məcəllənin 144.5-ci maddəsində nəzərdə tutulmuş qaydada bölünmə planı əsasında hər birinə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınan payların və tikintisi başa çatmayan binanın həmin paylara bağlı olan mənzillərinin əldə edilməsi notariat qaydasında təsdiq olunan və əldə edən şəxsin xeyrinə daşınmaz əmlakın dövlət reyestrində təminat qeydinin aparılması ilə nəticələnən müqavilə əsasında həyata keçiriləcək.
Tikintisi başa çatdırılmamış binalarla bağlı – YENİLİK
21:20
7 Fev 2019