Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 28 dekabr tarixli 1422-VQD nömrəli Qanununun tətbiqi haqqında” sərəncam imzalayıb.
ELƏCƏ DƏ BAX: Güzəştli mənzil almaq istəyənlərin nəzərinə
FED.az-ın məlumatına görə, dəyişiklik Şəhərsalma və Tikinti Məcəlləsində tikinti layihələri şəhərsalma sənədlərinin, o cümlədən müfəssəl planın müəyyənləşdirdiyi tələblərə uyğun olmasına dair tələblə bağlıdır.
Başqa sözlə, 2012-ci ildə qəbul edilən “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” qanuna əsasən bu tələb Məcəllənin qüvvəyə mindiyi gündən 6 il sonra qüvvəyə minməli idi. Dəyişikliyə əsasən, bu müddət daha 1 il uzadılıb.
Qeyd edək ki, Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən, tikinti layihələri şəhərsalma sənədlərinin, o cümlədən müfəssəl planın müəyyənləşdirdiyi tələblərə uyğun olmalıdır. Belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikinti layihələrinə onlar həyata keçiriləcəkləri ərazinin planlaşdırılması sənədlərinə (baş planlara və (və ya) ümumi planlara), habelə müfəssəl planın hazırlanması zamanı nəzərə alınan tələblərə uyğun olduqda və aşağıdakı şərtlərin birgə mövcud olduğu hallarda yol verilir:
- layihələndirilən obyektin tikintilərin mövcud olduğu ərazilərin hüdudları daxilində tikilməsi nəzərdə tutulduqda;
- tikilməsi nəzərdə tutulan obyekt istifadə növünə və miqyasına görə mövcud tikintilərə uyğun olduqda.
Tikintidə müfəssəl plan tələbinin tətbiqi müddəti – DƏYİŞDİ
19:36
10 Yan 2019