"Yeni tikililərdə mənzillərin sahəsi 60-70 kvadratmetrdən başlayır. Bu, mənzili 20-30 kvadratmetr olan sakinlərin yeni evlərlə təmin olunmasını çətinləşdirir. Sökülən evlərə görə verilən kompensasiya ilə ev sahibləri ancaq şəhərdən kənarda yerləşən ucqar kənd və qəsəbələrdə kiçik evlər ala bilirlər. “Qiymətləndirmə fəaliyyəti haqqında” qanun olsa da, tikinti şirkətləri vətəndaşlarla qiymətləndirici təşkilatlar vasitəsilə deyil, birbaşa danışıqlar aparır. Çünki digər qanunlara görə, evin sökülməsi yalnız tikinti şirkətləri ilə vətəndaşlar arasında razılaşma əsasında həyata keçirilə bilər. Lakin dövlət ehtiyacları üçün ərazilərin alqı-satqısı zamanı qiymətləndirməni qiymətləndirmə təşkilatları həyata keçirir”.
“52 min kompensasiya verilir, heç birotaqlı həyət evi də ala bilmərəm” - VİDEO
FED.az xəbər verir ki, bunu əmlak məsələləri üzrə ekspert Elnur Azadov deyib.
O bildirib ki, tikinti şirkətləri vətəndaşları öz şərtlərinə razı salmaq üçün müxtəlif inandırma üsullarından istifadə edirlər:
“Tikinti şirkətləri müəyyən ərazilərdə evləri söküb yeni binalar tikəndə, adətən, sakinləri öz ofisinə dəvət edir, orada hər biri ilə ayrı-ayrılıqda sövdələşmənin şərtləri ilə bağlı danışıqlar aparırlar. Onların təklifi ilə razılaşmayan sakinləri işlərinyubatmaqda və artıq pul tələb etməkdə günahlandıraraq məhkəməyə verirlər. Bu zaman onlar dövlət qurumlarından aldıqları qənaətləri məhkəməyə təqdim edirlər. Çox vaxt məhkəmələr tikinti şirkətlərinin xeyrinə qərarlar verirlər. Bu, onlara söküntü işlərinə görə az miqdarda kompensasiya hesablamaq imkanı verir. Tikinti şirkətləri təcrübəli olduqları üçün çox vaxt öz qiymətlərini vətəndaşlara diktə edə bilirlər".
Ekspertin sözlərinə görə, vətəndaş üçün ən məqbul variant odur ki, evi söküləndə yeni tikiləcək binada sahəsi əvvəlkindən 20 faiz daha böyük olan mənzil alacağına zəmanət əldə etsin: "Çünki yeni tikililərdə mənzillərin qiyməti sürətlə qalxır. Hazırda əksər ərazilərdə yeni tikililərdə mənzilin 1 kvadratmetrinin qiyməti 2500-3000 manatdan aşağı deyil. Lakin tikinti şirkətləri sökülən mənzillərin hər kvadratmetrinə görə, ən yaxşı halda 2000 manatdan kompensasiya hesablayırlar. Bu, real bazar qiymətindən xeyli aşağıdır. Hazırda Bakının bəzi ərazilərində mənzillərin 1 kvadratmetrinin dəyəri 4 min kvadratmetrdən başlayır”. (Bakupost.az)