"Euro-Tikinti" MMC özünün iflas prosesinə başlanılması üçün 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə ərizə ilə müraciət edib.
FED.az xəbər verir ki, şirkəti məhkəmə iclasının 22.05.2018-ci il tarixdə 15.00-a təyin olunduğunu elan edib. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev pr.,1951-ci məhəllə, mənzil 105 ünvanına və ya müvafiq məhkəməyə bildirə bilərlər.
Tikinti şirkəti özünü müflis elan etdi
09:55
2 May 2018