Ərazi planlaşdırılması sənədləri təsdiq edilmiş ərazilərdə məişət qaz qurğuları quraşdırılan tikinti obyektlərinin mövcud qazpaylayıcı şəbəkəyə texnoloji qoşulmasına görə qaz qurğusunun istifadəçiləri qaz paylayıcısına qoşulma xidmətinə görə ödəniş etməlidirlər.
Bakıda ən aşağı və ən yüksək icarə haqları olan - BİZNES MƏRKƏZLƏRİ – SİYAHI, MƏBLƏĞLƏR
FED.az xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklikdə əksini tapıb.
Dəyişikliyə əsasən, ödənişin məbləği müvafiq metodologiya əsasında müəyyən ediləcək.
Dəyişikliklər müzakirələrdən sonra üçüncü oxunuşda qəbul edilib.