FED.az Statistika Komitəsinə istinadən bildiri ki, Bakı şəhəri üzrə tikinti sahəsindən əldə edilən gəlir 4 mlrd 275 mln 371,4 min manat olub.
Bakı şəhərini nəzərə almasaq əgər tikinti sahəsi üzrə daha çox gəlir əldə edən 10 rayon aşağdakı cədvəldə əks olunub.
Eləcə də bax: Nazirlik püşkatma ilə 145 ailəyə mənzil verdi
Cədvəldə olan tikinri məhsullarına görə ən çox gəlir edən 10 rayonun cəmi gəliri 1 mlrd 614 mln 87 min manatdır və bu rayonların cəmi gəlirlərinin Bakı şəhəri üzrə əldə olunan gəlirlərdə payı 37,75%-dir. Bu rayonlardan təkcə Naxçıvan şəhərinin tikinti sahəsindən əldə etdiyi gəlir yarım milyarddır.
Rayonlar | Tikinti sahəsi üzrə gəlir (min manat) |
Naxçıvan | 481 609,2 |
Sumqayıt | 225 017,1 |
Gəncə | 181 204,8 |
Ağcabədi | 168 597,8 |
Abşeron | 150 841,1 |
Xızı | 110 015,7 |
Xaçmaz | 85 639,2 |
Sabirabad | 78 198,2 |
Ağdaş | 72 598,2 |
Şərur | 60 365,8 |
Yekun | 1 614 087 |
Rayonlar üzrrə tikint sahəsindən ən az gəlir edən rayonlar Laçın (1 mln 292,4 min manat), Cəbrayıl (2 mln 957,1 min manat), Şuşa (3 mln 771,1 min manat) olub.
İşğal altında olan rayonları nəzərə almasaq tikinti sahəsində ən az gəlir edən 10 rayon aşağdakı cədvəldə göstərilib.
Bu rayonlardan tikinti sahəsi üzrə ən az gəliri Saatlı rayonu əldə edib. Bundan əlavə bu 10 rayonun tikinti sahəsi üzrə cəmi gəliri 154 mln 952 min manat təşkil edib və bu məbləğin Bakı .əhəri üzrə əldə oluan gəlirdə payı 3,62%-dir.
Rayonlar | Tikinti sahəsi üzrə gəlir (min manat) |
Naftalan | 6 160,3 |
Saatlı | 9 803,6 |
Göyçay | 12 649,4 |
Samux | 15 091,9 |
Sədərək | 15 607,0 |
Ağsu | 17 964,9 |
Daşkəsən | 18 063,7 |
Şahbuz | 18 997,7 |
Zaqatala | 19 805,6 |
Zərdab | 20 808,4 |
Yekun | 154 952 |