Tikinti, mədən işləri və sair işlərin aparılmasının təhlükəsizlik qaydalarını pozmağa görə olan cərimə və cəzalara dəyişiklik ediləcək.
Eləcə də bax: "Cinayət Məcəlləsinə 200-dək dəyişiklik - TƏKLİF OLUNUR"
FED.az xəbər verir k, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən və parlamentin plenar iclasına tövsiyə olunan Cinayət Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.
Qüvvədə olan Cinayət Məcəlləsinə əsasən, tikintinin planlaşdırılması, ona rəhbərlik edilməsi, habelə tikinti obyektinin sökülməsi və ya bu obyektdə yenidənqurmanın aparılması zamanı işlərin, eləcə də mədən işlərinin və sair işlərin aparılmasının təhlükəsizliyi qaydalarının pozulması insanların həyat və sağlamlığı üçün real təhlükə yaratdıqda, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə dörd ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılırdı.
Beləliklə, eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə dörd ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.
Cinayət Məcəlləsinə əlavə edilməsi təklif olunan 222.4 maddəsinə əsasən, eyni əməllər ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda üç ilədək müddətə müəyyən vəzifə tutmaq və ya müəyyən fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilməklə, beş ildən 10 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.
Apa