Azərbaycanda obyektlərin tikintisi ilə bağlı tələb olunan sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından əldə edilməsi mümkün olduqda, həmin sənədlər sifarişçidən tələb edilməyəcək.
Azərbaycanda tikinti obyektlərinin istismarına icazə prosedurları təkmilləşdirilir
FED.az xəbər verir ki, bu, "Şəhərsalma və Tikinti Məcəlləsində dəyişiklik edilməsi haqqında" qanun layihəsində öz əksini tapıb.
Sənədə əssən, həmin sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadıqda onlar sifarişçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından tələb olunacaq və yaxud sifarişçi tərəfindən təmin ediləcək.
Tikinti obyekti sifarişçilərindən sənədlər elektron formada qəbul olunacaq
Azərbaycanda tikinti obyektinin sifarişçisindən tələb olunan sənədlərin təqdim edilməsi forması dəyişdiriləcək.
Bu, "Şəhərsalma və Tikinti Məcəlləsində dəyişiklik edilməsi haqqında" qanun layihəsində öz əksini tapıb.
Sənədə əsasən, sifarişçi tikintilərin texniki-iqtisadi əsaslandırma sənədlərini elektron formada hazırlamalı və müvafiq icra hakimiyyəti orqanı ilə və əlaqədar qurumlarla razılaşdırılmasını təmin etməlidir.