Banner
Banner

İnşaat və əmlak

Tikinti ilə bağlı cərimələrin 50 faizi hara köçürüləcək?

Tikinti ilə bağlı cərimələrin 50 faizi hara köçürüləcək? | FED.az
11:40 28 Fev 2019

Azərbaycanda tikinti ilə bağlı cərimələrin 50 faizi inzibati protokolu tərtib edən qurumun hesabına köçürüləcək.

FED.az xəbər verir ki, bununla bağlı Şəhərsalma və Tikinti Məcəlləsinə yeni müddəanın əlavə olunması təklif edilir.

Məcəlləyə edilən əlavədə qeyd olunur ki, İnzibati Xətalar Məcəlləsinə əsasən, müvafiq icra hakimiyyəti orqanı tərəfindən tətbiq edilən cərimələrdən (o cümlədən onun tərəfindən inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilən inzibati xətalar haqqında işlər üzrə tətbiq edilən cərimələrdən) toplanan vəsaitin 50 faizi müvafiq icra hakimiyyəti orqanlarının işçilərinin sosial müdafiəsini gücləndirmək məqsədilə müvafiq icra hakimiyyəti orqanlarının hesablarına köçürülür. Bu vəsaitin bölgüsü və ondan istifadə qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

Layihə Milli Məclisin martın 5-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.

Eləcə də bax: MİDA-dan iş adamlarına təklif: «Gəlin, bina tikin, icazə lazım deyil, layihəmiz hazırdır»

Banner

Digər xəbərlər

SORĞU

Azərbaycanda hansı həyat sığortası şirkətinə etibar edirsiniz?