Şəhərsalma və Arxitektura Komitəsi Azərbaycanda tikinti icazələri ilə bağlı ilk yenilikləri açıqlayıb. FED.az xəbər verir ki, bu gün komitədə Bakı şəhəri üzrə tikniti obyektlərinin tiknitisi və istismarına icazənin alınması üzrə elektron müraciət sisteminin təqdimatı keçirilib. Qeyd edək ki, tikintiyə icazə üçün elektron müraciət sistemi “Bəzi tikinti obyektlərinə tikintiyə icazə və tikinti obyektinin istismarına icazə verilməsinin sadələşdirilməsi ilə bağlı tədbirlər haqqında” prezident İlham Əliyevin 2018-ci il 28 dekabr tarixli Fərmanı əsasında Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və ASAN Xidmət tərəfindən hazırlanıb.
Komitənin beynəlxalq əlaqələr və informasiya texnologiyaları şöbəsinin müdiri Rüfət Mahmud FED.az-ın sualına cavab olaraq deyib ki, elektron müraciətin tətbiqindən sonra tikintiyə icazə almaq istəyən sahibkarlar indi olduğu kimi 4 orqana deyil, bir ünvana müraciət edəcəklər: «Sahibkarların digər dövlət orqanları ilə məsələləri razılaşdırmasına ehtiyac da qalmayacaq. Bu razılaşdırmaları komitə özü həyata keçirəcək. Sifarişçi sadəcə sistemə elektron qaydada müraciət edərək və tələb olunan sənədləri elektron formada yükləməklə 15 iş günü müddətində tikintiyə icazəni, 10 gün ərzində isə istismara icazəni əldə edəcək», - deyə R.Mahmud bildirib.
Komitə rəsmisinin FED.az-ın sualına cavab olaraq sözlərinə görə, yeniliyin tətbiqi icazələrin alınması üçün həm müddəti, həm prosedur sayını, həm də xərcləri azaldıb. Belə ki, əvvəllər ölkədə tikinti icazələrinin alınması üçüqn 116 gün tələb olunurdusa, indi bu müddət 38 günə enib. İcazə üçün tələb olunan rəsmi xərclər 6066 manatdan 1500 manata enib.
Qeyd edək ki, tikintiyə icazə qaydasının dəyişməsi hələlik orta ölçülü obyektlərə aiddir. Söhbət bir mərtəbəsinin sahəsi 150 kvadratmetrdən, tikintinin ümumi həcmi isə 1200 kubmetrdən artıq, aşırımlarının uzunluğu 6 metri keçməyən 102 mərtəbəli iaşə, ticarət, sosial və təsərrüfyat təyinatlı obyktlərdən gedir. Bunlar mağaza, ticarət mərkəzi restoran və sair ola bilər.
Başqa sözlə, dəyişikliklər hələlik o qədər də böyük olmayan obyektlərin tikintisina aid olsa da, icazə prosesinin özündə ciddi yeniliklər var.
Belə ki, əvvəlkindən fərqli olaraq tikniti layihəsinin hazırlanmasında hər hansı dövlət qurumunun rəyləri və texniki şərtlər, mühəndis-texniki işlərlə bağlı hesabat və bu hesabatla bağlə rəylər alına bilməz. Layihə hazır olduqdan sonra sifrişçi tikintiyə icazə ya elektron, ya da birbaşa müraciət edir və bu halda heç bir ödəniş edilmir.
Rüfət Mahmud bildirir ki, əvvəllər tikinti layihə sənədləri hazırlananda sahibkar özü aidiyyatı qurumlarda rəyləri almalı idi: «Məsələn, mühəndis geologiya axtarış işlərində əvvəlcədən rəy almalı, təsdiqlənməli, sənədləri o formada təqdim etməli idi. İndi isə dəyişikliklərə görə bütün qurumlardan rəyləri komitə toplayacaq. Sahibkarların döydüyü qapılar nsay azalır».
Ümumilikdə bu dəyişikliklər nəticəsində tikintisi üçün icazələrdə həm müddət, həm prosedur sayı, həm də məbləğ kəskin azalıb. Belə ki, əvvəllər belə obyektlər üçün icazənin alınması tikniti və qeydiyyat prosesi 116 gün müddət, 18 prosedur tələb edirdisə, indi bura 38 gün, 7 prosedur tələb olunacaq.
Ekspertizası tələb olunan binalar üçün isə ödənişlər 6066 manatdan 1500 manata enib. Ekspertizalan keçməli olmayan icazələrin alınması üçün heç bir dövlət rüsumu ödənilmir: «Yeganə rüsum əmlaküın qeydiyyatı zamanı əmlak və qeydiyypat rüsumu olacaq. Tikntiyə icazənin alınması 15 gün istismarı 10 gün olacaq. Söhbət ekspertizası tələb olunmayan obyektlərdən gedir.
Yeni tikinti qaydalarının aid olduğu tikililər bunlardır:
- insanların yaşaması və toplanması, habelə istehsalat fəaliyyətinin həyata keçirilməsi üçün nəzərdə tutulmayan birmərtəbəli, aşırımının uzunluğu ən çoxu 6 metr olan tikinti obyektlərinin layihələri;
- sanitar-mühafizə zonalarının ayrılmasını tələb etməyən və ya mövcud sanitar-mühafizə zonalarından istifadə olunması şərtilə tikilməsi nəzərdə tutulan istehsalat təyinatlı, sahəsi ən çoxu 1000 kvadratmetr, hündürlüyü və aşırımının uzunluğu ən çoxu 6 metr olan birmərtəbəli tikinti obyektlərinin layihələri;
- mövcud tikinti obyektlərinə və (və ya) onların hissələrinə həmin obyektlərin konstruktiv və digər təhlükəsizlik göstəricilərinə təsir etməyən və icazə verilmiş tikintinin parametrlərini keçməyən dəyişikliklərin edilməsi barədə tikinti layihələri;
- ekspertizadan keçirilmiş, təkrar istifadə olunan və ya birtipli layihələr əsasında həmin layihələrdə nəzərdə tutulmuş şəraitə (qrunt, iqlim şəraiti, seysmik rayonlaşdırma və digər) uyğun zonalarda inşa ediləcək tikinti obyektlərinin layihələrinin 0 (sıfır) səviyyəsindən yuxarı hissəsi, habelə tikinti obyektlərinə onların konstruktiv və digər təhlükəsizlik göstəricilərinə təsir göstərməyən dəyişikliklərin edilməsi barədə layihələr;
- yerüstü mərtəbələrinin sayı ikidən, hər mərtəbəsinin hündürlüyü 4 metrdən, ümumi sahəsi 500 kvadratmetrdən, aşırımlarının uzunluğu 6 metrdən çox olmayan qeyri-yaşayış obyektlərinin tikinti layihələri; `61`
- insanların yaşaması və toplanması, habelə istehsalat fəaliyyətinin həyata keçirilməsi üçün nəzərdə tutulmayan yerüstü mərtəbələrinin sayı 2-dən, hər mərtəbəsinin hündürlüyü 3 metrdən, ümumi sahəsi 1400 kvadratmetrdən, tikinti sahəsi 1000 kvadratmetrdən və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan anbar binalarının layihələri.