Yeni tədris ilinin başlanmasına çox az bir müddət qalması universitet tələbələrinin ev məsələsini yenidən gündəmə gətirib.
Tələbələr Bakıda kirayə ev tapmırlar - QİYMƏTLƏR BAHALAŞDI
FED.az xəbər verir ki, ixtisas seçimin nəticələri açıqlanan kimi tələbələr paytaxtda münasib qiymətə ev axtarışına çıxıb.
“Bəs yataqxanaların qiyməti tələbələrə uyğundurmu?”
Yataqxanaların qiymətləri şəraitinə görə, bir-birlərindən fərqlənir. Məsələn, Bakı Dövlət Universitetinin 5 mərtəbəli, 220 yerlik "Tələbə evi"ndə 1 nəfərin aylıq ödədiyi qiymət 75 manatdır. Azərbaycan Memarlıq və İnsaat Universitetinin tələbə şəhərciyinin aylıq qiyməti isə 60 manatdır.
Azərbaycan Tibb Universitetinin isə 4 yataqxanası mövcuddur. Yataqxanalar oglan-qız və xarici tələbələr üçün ayrı-ayrılıqda bölünüb. Ümumi tutumu 968 nəfər olan yataqxananın aylıq ödənişi 50-80 manat arasında dəyişir.
Özəl ali məktəblərin yataqxanaları qiymətləri ilə də maraqlandıq. Bakı Avrasiya Universitetinin yeni inşa edilmiş yataqxanasının aylıq ödənişi isə 120-150-170 manat arasında dəyişir.
Yataqxanalarda şəhid və qazi övladlarına, valideynlərini itirmiş və sosial həssas qrupa aid səxslərə xüsusi güzəştlər edilir. (Xezerxeber.az)