Noyabrda İranın paytaxtı Tehranda mənzil qiymətləri ötən illə müqayisədə 35% artıb.
FED.az xəbər verir ki, İran Mərkəzi Bankının açıqladığı məlumatlara görə, noyabrda Tehranda mənzillərin bir kvadratmetrinin orta qiyməti 12 milyon 460 min tümənə (974 dollar) yüksəlib. Bu, ötən ilin noyabrındakı qiymətlərlə müqayisədə 35,8% artıqdır.
Eləcə də bax: Qiymət artandan sonra İranda - BENZİN SATIŞI AZALIB
İran malları kəskin bahalaşdı – DAHA GƏTİRMƏK SƏRFƏLİ DEYİL
İran paytaxtında kirayə haqları da orta hesabla 31,7% artıb. Qiymətlərin artımı mənzillərin satışına mənfi təsir edib. Noyabr ayında Tehranda 4064 mənzil satılıb ki, bu da ötən ilin noyabrı ilə müqayisədə 40,7% azdır.
Eləcə də bax: İran vətəndaşları - İNDİ DƏ AZƏRBAYCAN MANATAI YIĞIRLAR
İranda inflyasiya - 42 FAİZƏ DÜŞÜB
Qeyd edək ki, ABŞ-ın nüvə sazişindən çıximası və İrana yeni sanksiyalar tətbiq etməsi nəticəsində İran iqtisadiyyatının müxtəlif sahələrində durğunluq yaranıb.