Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Yasamalda inşa edilən sosial evlərin satışına başlayıb.
Eləcə də bax: MİDA-nın Yasamal Yaşayış Kompleksində mənzillərinin satışı yenidən - KEÇİRİLƏCƏK
FED.az xəbər verir ki, mənzillər ənəənvi şərtlərlə satışa çıxıralıb. Bu dəfə satışa 815 mənzil çıxarılıb. Mənzillərin sahəsi 35 kvadratmetrdən (1 otaqlı studio mənzil) başlayaraq 110 kvadratmetrədək (4 otaqlı) dəyişir. Aylıq ödəniş isə 1 otaqlılar üçün 143-146 manat, 2 otaqlılar üçün 231-244 manat, 3 otaqlıları üçün 296-314 manat, 4 otaqlılar üçün isə 393- 395 manat arasında dəyişir.
Bakı şəhəri, Yasamal rayonu, Xarici dairavi yolu "6" ünvanında yerləşən Yasamal Yaşayış Kompleksinin ikinci mərhələsinin 4 saylı binası üzrə 64, 5 saylı binası üzre 53, 6 saylı binası üzrə 44, 9 saylı binası üzre 44, 10 saylı binası üzrə 64, 11 saylı binası üzre 54, 12 saylı binası üzrə 44, 14 saylı binası üzrə 21, 17 saylı binası üzro 44, 18 saylı binası üzrə 44, 19 saylı binası üzre 41, 20 saylı binası üzre 8, 21 saylı binası üzrə 44, 22 saylı binası üzrə 39, 23 saylı binası üzrə 39, 24 saylı binası üzrə 24, 25 saylı binası üzre 72 ve 26 saylı binası üzre 72 mənzilin. Ümumilikdə 815 mənzilin satışı 15 sentyabr 2022-ci il tarixinde saat 11:00-da başlayacaq və 22 sentyabr 2022-ci il tarixi saat 11:00-dək davam edəcəkdir.
"Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası'na uyğun olaraq gözləmə qaydasında mənzillərin seçimi 19 sentyabr 2022-ci il tarixində saat 11:00-da başlayacaq və 22 sentyabr 2022-ci il tarixi saat 11:00-dək davam edəcəkdir.