Azərbaycanlı messenat Hacı Zeynalabdin Tağıyevin İstanbul sahillərindəki Böyükadada yerləşən tarixi villası satışa çıxarılıb.
FED.az xəbər verir ki, 300 illik tarixə sahib malikanə 17 milyon lirəyə (5 milyon 23 min 500 AZN) satılır.
Eləcə də bax: Azərbaycanlı Türkiyədəki villasını - Satışa ÇIXARTDI
Məlumata görə, birinci dərəcəli tarixi abidə sayılan malikanə Osmanlı dövründə tikilib, sonra isə onu azərbaycanlı iş adamı Hacı Zeynalabdin Tağıyev alıb.
Villanı hazırda ilin müəyyən aylarında messenatın nəticələri istifadə edir. 2 min 400 kvadratmetr ərazisi olan malikanə 5 otaq və 2 salondan ibarətdir.
Eləcə də bax: Sentyabrda Türkiyədə ev alan azərbaycanlıların sayı - 34%-DƏN ÇOX AZALIB
Qafqazinfo