Britaniyada aparılan tədqiqatlar göstərib ki, mənzilin və ya evin supermarketə yaxınlığı onun qiymətini xeyli artıra bilər.
FED.az-ın məlumatına görə, «Lloyds Bank»ın araşdırması göstərib ki, evin yaxınlığındakı «Waitrose» supermarketi onun qiymətni 45 min dollar, «Marks & Spencer»in olması isə qiyməti 37,7 min dollar artırır. Yaxınlıq dedikdə evdən supermarketə qədər piyada getmək imkanı nəzərdə tutulur. İngiltərə və Uelsdə aparılan araşdırma göstərib ki, supermarket premial olduqca, evin qiymətinə təsiri də yüksəlir. Belə ki, «Lidl» marketlərinin yaxınlığı evin qiymətini cəmi 8 min dollar artırır. «Aldi» brendi isə evin qiymətin 3,7 min dollar təsir edir.
Tədqiqat onu da göstərir ki, ucuz mağazaların yaxınlığında yerləşən evlərin qiyməti son vaxtlar daha sürətlə artır. «Lloyds Bank»ın məlumatına görə, supermarketlərin ətrafındakı evlərin qiyməti berə artır.
• Waitrose – üstəgəl $45 000
• Marks & Spencer - üstəgəl $37 700
• Sainsbury's – üstəgəl $32 900
• Iceland – üstəgəl $28 700
• Tesco – üstəgəl $26 900
• Co-Op – üstəgəl $26 000
• Morrisons – üstəgəl $13 200
• Lidl – üstəgəl $8 000
• Asda – üstəgəl $5 200
• Aldi - üstəgəl $3 700