Azərbaycanda güzəştli mənzillərin inşası və satışı ilə məşğul olan Mənzil İnşaatı Dövlət Agentliyinin nəzdində olan «MİDA» MMC Sumqayıtda daha bir neçə bina çoxmənzilli tikməyə hazırlaşır.
Eləcə də bax: Ələt Azad İqtisadi Zonasında - YATAQXANA VƏ OFİS BİNASI TİKİLİB - VİDEO
FED.az xəbər verir ki, yeni binalar M.Hüseynzadə adına şəhər stadionunun şimal-şərqində 2 hektar ərazidə tikiləcək. Plana görə, ərazidə 6 ədəd 1 bloklu 9 mərtəbəli bina tikiləcək.
«MİDA» MMC bunnula bağlı tender elan edib. FED.az xəbər verir ki, tender 2 lotdan ibarətdir.
Lot 1: 4, 5 və 6 nömrəli 9 mərtəbəli 1 bloklu yaşayış binalarının və 1 mərtəbəli qeyri-yaşayış binasının tikintisini;
Lot 2: 7, 8 və 9 nömrəli 9 mərtəbəli 1 bloklu yaşayış binalarının və 1 mərtəbəli qeyri-yaşayış binasının tikintisini nəzərdə tutur.
Tenderdə iştirak haqqı hər lot üçün 600 manatdır.
Tenlerə qatılmaq istəyən namizədlər iştirak etmək üçün sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 27.09.2021 17:00 tarixinə qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 05.10.2021 14:00 qədər Bakı şəhəri, Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küçəsi 85Z ünvanına təqdim etməlidirlər.
İddiaçıların təkliflərinin açılışı 06.10.2021 14:00 tarixində Bakı şəhəri, Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küçəsi 85Z ünvanında baş tutacaq.