Sumqayıtda ikinci Asan xidmət inşa olunur. Cobalt tərəfindən dizayn edilən bina dəniz kənarındakı gəzinti yerində yerləşəcəkdir.
FED.az Banker.az-a istinadən Sumqayıtda inşa ediləcək yeni “ASAN xidmət” mərkəzinin görüntülərini təqdim edir.
Onu da qeyd edək ki, Sumqayıt şəhərində yeni “ASAN xidmət” mərkəzinin layihələndirilməsi və tikintisi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə ilkin olaraq 1 milyon manat ayrılıb.