“Sumqayıt Tikinti Xidmət” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı 07 mart 2022-ci il saat 10.00-da Sumqayıt şəhəri, Kimyaçılar küçəsi, 55A ünvanında cəmiyyətin inzibati binasında keçiriləcəkdir.
FED.az biznes və maliyyə xəbərləri portalı Banker.az-a istinadən xəbər verir ki, iclasın gündəliyinə Cəmiyyətin idarəetmə orqanının formalaşdırılması və digər məsələlər daxildir.
Ümumi yığıncaqda bütün səhmdarların şəxsiyyətini təsdiq edən sənədlə iştirakı vacibdir. Əlaqə telefonu: (050)-255-66-62 “Sumqayıt Tikinti Xidmət” ASC-nin icra orqanı.