"Sovetski" sakinləri Yasamal Yaşayış Kompleksindən ayrılmış mənzillərinə köçməyə başlayıblar.
FED.az xəbər verir ki, mənzil İnşaatı Dövlət Agentliyindən (MİDA) bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında uyğun qiymətə mənzil təminatının inkişafına dair Strateji Yol Xəritəsi”nə uyğun olaraq MİDA tərəfindən dövlət sifarişi əsasında Bakının Yasamal rayonunun “Sovetski” adlanan ərazisindən köçürülən sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə Yasamal Yaşayış Kompleksindən ayrılmış mənzillərdən bu günə 19-u öz sahiblərinə təhvil verilib.