Sosial mənzillərin tikintisinin həvalə edildiyi şirkətlərdən birinin təsisçisi “Azİnvest İnşaat” QSC 2018-ci ili 792 min manat zərər ilə başa vurub.
FED.az şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, ötən il “Azİnvest İnşaat”ın cəmi gəliri 1 milyon 534 min manat, cəmi xərcləri 2 milyon 326 min manat təşkil edib. Xərclər gəlirləri üstələdiyindən Şirkətin 792 min manat zərəri yaranıb.
2017-ci ildə “Azinvest İnşaat” QSC-nin fəaliyyəti olmayıb.
Eləcə də bax: Azərbaycanda iri dövlət şirkətlərinə - NƏZARƏT ARTIRILIR
31 Dekabr 2018-ci il tarixində “Azinvest İnşaat” QSC 1 milyon 262 min manat cəmi aktivlərə, 2 milyon 51 min manat cəmi öhdəliklərə malik olub. Şirkətin kapitalı sıfırdan aşağı düşərək mənfi 790 min manatdır.
©Marja