Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) növbəti sosial evlərin tikintisi üçün podratçı şirkətlər seçib. FED.az xəbər verir ki, söhbət Bakının Suraxanı rayonunda, Hövsan qəsəbəsinin qərb hissəsində inşa ediləcək sosial evlərdən gedir.
Həmin ərazidə 20 ha ərazidə çoxmənzilli yaşayış kompleksinin tikintisi nəzərdə tutulur. 2018-ci il 21 noyabr tarixində keçirilmiş açıq tenderin nəticələrinə əsasən Lot-1 üzrə “NN Group” MMC, Lot-2 üzrə “Hünər İnşaat” Firması, Lot-3 üzrə “Chinar İnshaat” MMC ilə “Caspian Service” MMC konsorsiumu, Lot-4 üzrə “Perlit” MMC və Lot-5 üzrə “HN Construction” MMC qalib müəyyən edilib və həmin şirkətlərlə müvafiq satınalma (podrat) müqavilələri bağlanıb.
Sosial mənzilləri tikəcək şirkətlər məlum oldu - SİYAHI
22:26
26 Yan 2019