Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) vətəndaşlara müraciət edib.
FED.az xəbər verir ki, MİDA-dan verilən məlumata görə, müraciətdə deyilir ki, bu gün saat 11:00-da Agentliyin layihəsi olan Yasamal Yaşayış Kompleksində mənzillərin təkrar güzəştlə satışı baş tutmayıb. Buna səbəb vətəndaşlar tərəfindən satışın həyata keçirilməsi üçün "Elektron hökumət” portalında (e-gov.az) yaradılmış “Güzəştli mənzil” sisteminə çoxsaylı girişlər nəticəsində sistemin işində yaranan problem olub.
Müraciətdə bildirilir ki, mənzil seçimi prosesi bu gün saat 15:00-dan etibarən aktivləşdiriləcək.