Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) ilk layihəsi olan Yasamal Yaşayış Kompleksində mənzil sahibi olan vətəndaşların evlərinə köçəcəyi tarix bəlli olub. FED.az bildirir ki, bu barədə Modern.az-ın sorğusuna cavab olaraq, Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) mətbuat katibi Diana Dadaşova bildirib.
Eləcə də bax: Yasamaldakı növbəti sosial evlər - SATIŞA ÇIXARILACAQ
MİDA rəmisi qeyd edib ki, 1, 2, 3, 4 və 5-ci binalarda mənzil sahibi olan vətəndaşlar bu il oktyabrın sonu, noyabrın əvvələrində evlərinə köçə biləcəklər.
Qeyd edək ki, Yasamal Yaşayış Kompleksində 29 bina inşa olunub. İlk dəfə 2018-ci ilin may ayında Yasamal Yaşayış Kompleksində sosial mənzillərin satışı təşkil edilsə də, sonradan prosedur dayandırılıb və nəticələr ləğv edilib. Növbəti dəfə sentyabr ayının 5-d də elan edilən satışlarda Yasamal Yaşayış Kompleksinin 1, 2, 3, 4 və 5 saylı binalarında yerləşən 324 mənzil satılıb. Kompleksdəki mənzillərin şəraiti ilə bu videodan tanış olmaq olar.
Eləcə də bax: Bakı "novostroyka"larında ən ucuz və ən bahalı - MƏNZİLLƏR
Məlumat üçün bildirək ki, 1-ci bina 12 mərtəbəli, 2-ci, 3-cü, 4-cü, 5-ci binalar 9 mərtəbəlidir. 1-ci binada 12 bir otaqlı, 24 iki otaqlı, 24 üç otaqlı; 2-ci binada 9 bir otaqlı, 54 iki otaqlı, 9 üç otaqlı; 3-cü binada 9 bir otaqlı, 54 iki otaqlı, 9 üç otaqlı; 4-cü binada 16 bir otaqlı, 32 iki otaqlı, 16 üç otaqlı; 5-ci binada 16 bir otaqlı, 32 iki otaqlı, 16 üç otaqlı mənzil var.
Eləcə də bax: 9 ildir binanı təhvil verə bilmir - MTK-dan PREZİDENTƏ ŞİKAYƏT