Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) sosial evlərin satışının nəticələrini açıqlayıb. Agentlikdən FED.az-a verilən məlumata görə, bu dəfə satışa çıxarılan 154 mənzilin hamını satılıb. Mnzillərin 141-i ipoteka krediti ilə, 13-ü isə şəxsi hesabına - yəni pulu birdəfəlik ödənilməklə satılıb.
Gözlənildiyi kimi, satışda 87 iki otaqlı, 28 bir otaqlı və 39 ədəd üç otaqlı mənzil satılıb.
Agentliyin açıqlamasına görə, bu dəfə mənzilləri alanların əksəriyyəti hərbçi, polis və dövlət qulluqçuları olub. Belə ki, keçmiş və indiki hərbçilər 46 mənzil, dövlət qulluğunda çalışanlar 25 mənzil, polislər isə 21 mənzil olmaqla, ümumilikdə 92 mənzil alıblar. Bu, ümumi mənzillərin 63%-i deməkdir.
Sosial mənzil alanların 4-ü şəhid ailəsi, 1-i idmançı, 2-si elmlər doktoru, 3-ü isə fəlsəfə doktoru olub.
Agentliyin məlumatından məlum olur ki, sosial mənzil növbəsində 11 003 nəfər var. Amma onların heç də hamısı satışda iştirak etməyib – bu dəfə satış prosesinə cəmi 4624 nəfər qoşulub.
Eləcə də bax: «Novostroyka»dakı evlərə fərqli - İPOTEKA ŞƏRTLƏRİ