Xəbər verildiyi kimi, sentyabrın 5-də Azərbayxanda sosial mənzillərin yenidən satışı başlanacaq. FED.az bu mənzillərin satışını təşkil edən Mənzil İnşaatı Dövlət Agentliyinə istinadən xəbər verir ki, mənzillərin satışı saat 11-00-dən başlayaraq 5 dekabr saat 11-dək davam edəcək.
Satışa ümumilikdə 324 mənzil çıxarılacaq ki, bunlardan 69-u 1 otaqlı, 174-ü 2 otaqlı, 81-i isə 3 otaqlılardır.
Satış üçün verilən vaxt təqribən 3 ay olmasına baxmayaraq, şübhə yoxdur ki, satışa çıxarılan 324 sosial mənzil cəmi bir neçə saata, hətta ola bilər bir neçə dəqiqəyə catılıb qurtaracaq.
MİDA hələlik son vəziyyəti açıqlamayıb, amma avqustun 13-nə, yəni 20 gün əvvələ olan məlumata görə, sosial mənzil elektron sistemində 9377 nəfərin elektron kabineti var. Başqa sözlə, satışa çıxarılan 324 mənzilin hər birinə 29 nəfər iddia edəcək.
Mühüm məqam: qaydalara görə, satış prosesi “erkən gələnə erkən xidmət” prinsipi ilə həyata keçiriləcək. Daha sadə desək, mənzili ilk seçən şəxslər onu ala biləcək. Seçimdə gecikənlər isə mənzil sahibi ola bilməyəcəklər.
Belə vəziyyətdə uğur qazanmaq üçün istifadəçilər bir neçə məqama, hətta kiçik görünsə də vacib detallara fikir verməlidirlər.
1) Əvvəla, mənzil seçimini edəcək istifadəçinin kompüteri və intenet bağlantısı saz vəziyyətdə olmalıdır. Minlərlə istifadəçinin bi randa sistemə daxil olduğu vaxt bir anlıq belə gecikmə mənzilin əldən çıxması ilə nəticələnəcək.
2) Kompüter bilikləri və vərdişləri olanlar bu sahədən daha geniş anlayışı olanların köməyinə müraciət etsələr yaxşı olar. Bu üsul gecikmənin qarşısını alar.
3) Kabinet sahibinin elektion imzaları da qaydasında olmalıdır.
Yeri gəlmişkən, MİDA bir qədər əvvəl mənzillərin onlayn satışı üçün demo versiya istifadə vermişdi. İstifadəçilər həmin versiyadan istifadə edərək onlayn satış üçün məşq edə bilərdilər. Bu versiya avqustun sonunadək qüvvədə olub.
Sosial ev alanda hamını qabaqlamaq üçün nə etməli? - DETALLAR
00:43
5 Sen 2018