Bakı şəhərində istismar müddəti bitmiş xeyli sayda bina var və bu binalar ipoteka predmetinə çevrilə bilmir.
Eləcə də bax: Bakıda yataqxana tipli binalardan - Mənzil Almaq Sərfəlidirmi?
FED.az biznes və maliyyə xəbərləri portalı Trend-ə istinadən xəbər verir ki, bunu əmlak eksperti Elnur Fərzəliyev deyib.
Onun sözlərinə görə, çoxu qəzalı olan bu binalarda əslində mənzillərin qiyməti ucuzlaşmalı idi, lakin hazırda əks tendensiya müşahidə edilir:
"Biz bu gün həmin binalardakı mənzillərin qiymətinin artmasını görürük. Bunun əsas səbəbi odur ki, köhnə bina sökülərkən burada mənzillərin orta qiyməti təxminən 80-85 min manat olur. Lakin həmin bina sökülüb yerində yenisi tikilirsə, mənzil sahibinə tikinti şirkəti tərəfindən iki il kirayə haqqı ödənilir. Daha sonra mənzilinin əvvəlki sahəsindən daha geniş mənzil təklif edilir ki, bunun da qiyməti təxminən 130-140 min manata gəlib çıxır. Ona görə də söküntü gedən binalarda qiymətlər ucuzlaşmaq əvəzinə bahalaşır", - deyə ekspert bildirib.