Vergi Məcəlləsində edilmiş dəyişikliyə əsasən, hüquqi şəxslər tərəfindən mülkiyyətindəki yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsinin notarius tərəfindən sadələşdirilmiş vergiyə cəlb olunması ləğv edilib.
Eləcə də bax: Azərbaycanda bu il 52 mindən çox mənzilə - "Kupça" Verilib
FED.az Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, 2020-ci il yanvarın 1-dən sonra ƏDV ödəyicisi olan müəssisə tərəfindən mülkiyyətində olan qeyri-yaşayış sahəsinin digər şəxsə təqdim edilməsindən ümumi qaydada mənfəət vergisi və ƏDV hesablanır. (Azərtac)