Ləğv prosesində olan “Standard Insurance” sığorta şirkətinə məxsus olan 4 mənzil növbəti dəfə hərraca çıxarılır.
FED.az-a ləğetmə komissiyasından verilən məlumata görə, şirkətə məxsus olan 4 mənzil rekonstruksiya işlərindən sonra birləşdirilib və ümumi qiymət 875 min manatdır.
Bu ilkin qiymətdir və hərracın gedişində arta bilər. Hərrac “Əmlak Hərrac Mərkəzi” MMC tərəfindən 27 may 2022-ci ildə saat 11:00-da (növbəlilik qaydasında) keçiriləcəkdir.
Hərracda iştirak üçün satış qiymətinin 1%-i, yəni 8 750 ( səkkiz min yeddi yüz əlli ) manat məbləğində beh ödənilməlidir.
Qeyd edək ki, birləşdirilmiş mənzillərin ümumi sahəsi 270 kvadratmetrdir və bu hesabla mənzilin kvadratmetrinin ilkin qiyməti 3 240 manat təşkil edir.
Xatırladaq ki, bu mənzillər artıq bir neçə dəfə hərraca çıxarılıb və hələlik satılmayıb, ilk dəfə hərraca çıxarılan qiymət 2 milyon manat olmuşdu.
Hərrac predmetinin ətraflı təsviri aşağıdakı cədvəldə öz əksini tapmışdır:
Daşınmaz əmlak növü |
Ünvanı |
Ümumi sahəsi |
Hərrac qiyməti AZN |
Beh AZN |
Rekonstruksiya işlərindən sonra birləşdirilmiş 4 (dörd) mənzil |
Bakı şəhəri, Nəsimi rayonu, Mirzə Ağa Əliyev küçəsi. ev 251, mənzil 20 |
56.6 м² |
875 000 |
8 750 |
Bakı şəhəri, Nəsimi rayonu, Mirzə Ağa Əliyev küç., ev 251, mənzil 49 |
46.5м² |
|||
Bakı şəhəri, Nəsimi rayonu, Mirzə Ağa Əliyev küçəsi. ev 251, mənzil 50 |
52.7 м² |
|||
Bakı şəhəri, Nəsimi rayonu, Şəmsi Bədəlbəyli küçəsi. ev 96, mənzil 65 |
114.7 м² |
Hərrac barədə daha ətraflı məlumatla aşağıdakı linkde tanış ola bilərsiniz:
https://e-herrac.com/advertisement/dasinmaz-emlak/menzil/aciq-herracin-kecirilmesine-dair-elan-42
Ləğvetmə komissiyası həmçinin bildirir ki, şirkətin digər əmlaklarının qanunvericiliyə və təsdiq edilmiş hərrac qaydalarına əsasən açıq hərrac yolu ilə satışının təşkili davam edəcəkdir və bu barədə ictimaiyyətə əvvəlcədən məlumat veriləcəkdir.