Bir sıra vətəndaşları ən çox narahat edən problemlərdən biri də evlərinin sənədsiz olmasıdır.
Dövlət Xidməti: "Azərbaycanda icazəsiz tikililərlə bağlı qanun layihəsi hazırlanır"
FED.az xəbər verir ki, bu məsələ özlüyündə bir neçə problemi ehtiva edir. Məsələn, bəzi İsmayıllı sakinləri evlərinə sənəd ala bilmədikləri üçün kommunal xidmətlərlə bağlı çətinliklər yaşayırlar.
Tovuzda da oxşar vəziyyətdir.
Əmlak eksperti Ramil Qasımzadə deyir ki, bu məsələdə əsas problem bəzi sakinlərin torpağın sənədini almadan üzərində fərdi ev tikdirməsidir. Bir sıra MTK-larda da sənədi olmayan mənzillər var ki, bu da təhlükəsizlik məsələsi ilə bağlıdır.
Ekspertin sözlərinə görə, bunlardan torpaq sahələri ilə bağlı çıxarışı xüsusi mülkiyyətdə olan, 2013-cü ilə qədər tikilmiş fərdi evlərə və bərkitmə işləri ilə bağlı xəbərdarlıq edilən, müvafiq rəy verilən MTK-lardakı mənzillərə sənəd verilə bilər.
Ancaq elə evlər də var ki...
Mövzu ilə bağlı Əmlak Məsələləri Dövlət Xidmətindən bildirildi ki, problemin əhatə dairəsinin mürəkkəbliyini nəzərə alaraq mərhələli şəkildə həll olunması nəzərdə tutulub. Belə ki, müvafiq layihələrin hazırlanması üçün işçi qrupu yaradılıb. Hazırda məsələnin həlli istiqamətində qanun layihəsi üzərində iş aparılır. (Xezerxeber.az )