Yeni tikilən fərdi yaşayış evləri elektrik və istilik enerjisi, qaz və su təchizatı şəbəkələrinə qoşulmayacaq. Söhbət sənədsiz evlərdən gedir.
Azərbaycanda sənədsiz evlərlə bağlı yeni qayda əmlak bazarına - NECƏ TƏSİR EDƏCƏK?
FED.az xəbər verir ki, tikintisinə icazə tələb olunan, amma icazəsiz inşa edilən və ya tikilməkdə olan mənzil və obyektlərin kommunal xidmətlərə qoşulması qadağandır. Yeni qaydaların isə bu ilin oktyabrdan sonra tikilən evlərə şamil ediləcəyi bildirilib. Ancaq uzun müddətdir mənzilləri olmasına baxmayaraq hələ də kommunal xidmətlərə qoşula bilməyən ailələr var.
Problem isə paytaxtla yanaşı bölgələrdə də yaşanır. (Xəzərxəbər)