2018-ci ilin yanvar-oktyabr aylarında tikinti materiallarının istehsalı sahəsində fəaliyyət göstərən müəssisələr tərəfindən istehsal edilmiş məhsulun ümumi dəyəri əvvəlki ilin müvafiq dövrünə nisbətən 28,9 faiz artaraq 512,1 milyon manat təşkil etmişdir.
Dövlət Statistika Komitəsinin aylıq hesabatında xəbər verilir ki, hörmə üçün hazır beton qarışığının istehsalı 2,1 dəfə, sementin istehsalı 22,1 faiz, tikinti kərpicinin istehsalı 6,4 faiz artmış, tikinti əhənginin istehsalı 10,9 faiz, betondan yığma tikinti konstruksiyalarının istehsalı 33,8 faiz, tikinti gipsinin istehsalı 51,5 faiz azalmışdır.
Metallurgiya sənayesi və hazır metal məmulatlarının istehsalı sahələrində yanvar-oktyabr aylarında 609,9 milyon manatlıq məhsul istehsal olunmuş, metallurgiya sənayesində 13,3 faiz artım, hazır metal məmulatlarının istehsalı sahəsində 1,2 faiz azalma müşahidə olunmuşdur.
Yanvar-oktyabr ayları ərzində sahə üzrə 260,5 min ton (36,0 faiz çox) armatur, 657,4 ton (17,4 faiz çox) alüminium çubuqlar, millər və profillər, 1 109,0 ton (11,0 dəfə çox) mayelər üçün çənlər, sisternlər istehsal edilmişdir.
@Marja