Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şəhid ailələrinə və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə Bakının Ramana, Kürdəxanı qəsəbələrində və Abşeron rayonundakı yeni yaşayış komplekslərindən 50 mənzil təqdim edilib.
Şəhid ailələri və müharibə əlillərinə yeni mənzillər - TƏQDİM EDİLİB
FED.az xəbər verir ki, 20 Oktyabr - Zəngilan Şəhəri Günündə 4 saylı DOST Mərkəzində mənzillərin sənədlərinin təqdim edilməsi tədbiri keçirilib.
Tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin sədrinin müavini Zaur İbrahimov iştirak edib.