Dövlət Şəhərsalma və Arxitektura Komitəsi 256 şəhərsalma əsaslandırılmasına dair sənəd təsdiq edib.
ELƏCƏ DƏ BAX : «Bakı Metropoliteni» «Sovetski»də torpaq alacaq - QƏRAR
FED.az xəbər verir ki, Komitə tərəfindən fəaliyyət istiqamətlərinə əsasən respublika üzrə şəhərsalma əsaslandırılması sənədləri təsdiqlənir: “2018-ci ilin noyabr ayından bu günədək 256 şəhərsalma əsaslandırılması Komitə tərəfindən təsdiq edilib ki, bunlardan 194 sənəd 2019-cu ilə aiddir. Bu isə təqribən 2 milyon 191 min kvadrat metr tikintinin planlaşdırılması deməkdir. Qeyd edim ki, bunlardan 159 sənəd Bakı (141), Sumqayıt (16) və Abşeron (2) ərazisini əhatə edir. Qalanları isə respublikanın digər rayonlara aiddir”.