Azərbaycanın şəhər və rayonlarında evlərin qiyməti əvvəlki aylara nisbətən kəskin bahalaşıb.
Azərbaycanda yeni ucuz mənzillər satışa çıxarıldı – SOSİAL MƏNZİL QİYMƏTİNƏ - MƏBLƏĞLƏR
FED.az xəbər verir ki, çoxmərtəbəli yaşayış binalarındakı mənzillərin və fərdi yaşayış evlərinin qiyməti sahəsi və yerləşdiyi ərazilərə görə dəyişir.
Məsələn, Gəncə şəhərinin mərkəzində həyət evləri 100-200 min manat, Mingəçevirdə 60-250 min manat, Lənkəranda 50-200 min manat, Sumqayıtda isə 35-150 min manat arasında dəyişir.
Bundan başqa, Gəncə şəhərində köhnə tikili binalarda 2-3 otaqlı mənzillər 40-60 min manata, Mingəçevirdə 36-70 min manata, Lənkəranda 55-60 min manata, Sumqayıtda isə 40-65 min manata təklif edilir. Gəncə şəhərində yeni tikili binalarda isə 2-3 otaqlı mənzillər 60-80 min manatdır. Mingəçevirdə yeni tikili binalarda mənzillərin 1 kvadrat metri 820-1500 manat, Lənkəranda 800 -1000 manat, Sumqayıtda isə 1000-1500 manat arasında dəyişir.
Rieltorlar evlərlə yanaşı, torpaq sahələrinin də qiymətinin bahalaşdığını deyirlər. Onların sözlərinə görə, adları çəkilən şəhərlərin mərkəzində 1 sot torpağın qiyməti 20 min manata təklif edilir. (Xəzərxəbər)