Elektron Reyestrə 31 mərkəzi icra hakimiyyəti orqanının 896 xidməti, 19 yerli icra hakimiyyəti orqanının 2321 xidmət 31 dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxsin və dövlət adından yaradılan publik hüquqi şəxsin 264 xidməti və 3 büdcə təşkilatının 28 xidməti (ümumilikdə 3509 xidmət) daxil edilib və təsdiq olunub.
“Su təchizatı və tullantı suları haqqında” qanuna dəyişiklik təsdiqlənib
FED.az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov “Biznes mühitinin yaxşılaşdırılması üzrə iqtisadi islahatlar və müasir çağırışlar” mövzusundakı konfransda deyib.
Onun sözlərinə görə, Elektron Reyestrdə dövlət xidmətləri haqqında xidmətin məzmunu, tələb olunan sənədlər, hüquqi əsası, ödənişli olub-olmaması, xidməti həyata keçirən, icrasında iştirak edən qurumlar, xidmətin həyata keçirilməsi üzrə inzibati prosedurlar, elektronlaşma səviyyəsi və digər əlaqəli məlumatlar yerləşdirilir.
Agentliyin sədr müavini bildirib ki, Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Tikinti icazələrinin verilməsi üzrə” İşçi qrupunun ötən ilin 31 oktyabr tarixində keçirilmiş iclasında qəbul edilmiş qərara əsasən Dövlət Agentliyi tərəfindən Elektron Reyestrdə "Tikinti icazənin verilməsi üzrə icraat" təsnifatı yaradılıb.
"Elektron Reyestrdə Dövlət Agentliyi tərəfindən monitorinq aparılıb və tikintiyə icazə, nəzarət prosesində iştirak edən dövlət qurumlarının xidmətləri müəyyən edilib. Dövlət Agentliyi tərəfindən Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 9 xidməti, Fövqəladə Hallar Nazirliyinin 2 xidməti, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2 xidməti, "Azəriqaz” İB-nin 1 xidməti, "Azərişıq” ASC-nin 3 xidməti, yerli icra hakimiyyəti orqanlarının xidməti, ümumilikdə 24 dövlət xidməti üzr məlumatlar yenilərək təsdiq edilib", - deyə C.Salmanov bildirib. (Azərtac)