Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) iyulun 16-da keçirəcəyi əmlak hərracında satışa çıxarılacaq əmlakları açıqlayıb. FED.az xəbər verir ki, bu hərraclarda internetlə də iştirak etmək və əmlak almaq mümkündür.
Eləcə də bax: Hövsandakı sosial evlərin nə vaxt satılacağı - MƏLUM OLDU
İyulun 16-da keçiriləcək hərraca ümumilikdə 96 dövlət əmlakı çıxarılıb. İştirak etmək istəyənlər 38 kiçik dövlət müəssisə və obyekti, 22 səhmdar cəmiyyəti, 15 qeyri-yaşayış sahəsi, 7 yarımçıq tikili və 14 nəqliyyat vasitəsi üzrə seçim edə bilər.
Eləcə də bax: 22 "novostroykaya" kupça verildi - RƏSMİ AÇIQLAMA
Paytaxtda və bölgələrdə yerləşən kiçik dövlət əmlakları qiymət, sahə və fəaliyyət baxımından müxtəlifdir. Özəlləşdirməyə çıxarılan bu dövlət obyektlərinin sahəsi 12.2 kv.m ilə 3.1 min kv.m arasındadır. Potensial investorlar biznes planlarına uyğun olaraq yardımçı təsərrüfat, əmlak kompleksləri, xidmət və ticarət obyektləri üzrə seçim edə bilər. Sahəsi 1712.1 kv.m olan dövlət əmlakı paytaxtın Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində yerləşir. Obyektin özəlləşdirilməsi investor üçün xidmət sahələri üzrə gəlirli fəaliyyət imkanları yarada bilər.
Hərraca çıxarılan qeyri-yaşayış sahələrinin isə sahəsi 9.2 kv.m ilə 127.4 kv.m arasındadır. Bu növ növ dövlət əmlaklarından 7-si paytaxtda, 2-si Sumqayıtda, 2-si Daşkəsəndə, digərləri isə Bərdə, Şirvan və Ağdaşda yerləşir. Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsindəki qeyri-yaşayış sahəsinin sahəsi 76.2 kv.m-dir.
Səhmdar cəmiyyətləri inşaat, kəndkimya, nəqliyyat, ticarət, istehsal və digər sahələrə aiddir. Budəfəki hərraca “Ucar İnşaat Xidmət“, “Şıxlar Broyler”, “Yevlax taxılçı” və digər səhmdar cəmiyyətlərinin 30%-45%-lik dövlətə məxsus səhm paketləri çıxarılıb.
Nəqliyyat vasitələrinin isə buraxılış tarixləri 1986-2007 illəri əhatə edir. Qeyd edək ki, bu kateqoriyadan olan dövlət əmlakları Nissan, Hyundai , Kia və digər markalara aiddir.
Komitənin rəsmi saytı (emdk.gov.az) və Özəlləşdirmə portalı (privatization.az) vasitəsilə hərraca çıxarılan dövlət əmlakları barədə ətraflı məlumat əldə etmək mümkündür. Seçim edən şəxs onlayn formada sifariş verməklə hərracda iştirak statusu qazana bilər.
Sahəsi 9 m2-dən başlayan obyektlər satışda – YENİ HƏRRAC
12:35
18 İyun 2019