Prezident İlham Əliyevin təşəbbüsü ilə ötən il həyata keçirilən sosial paket 4,2 milyon insanı əhatə edib. O cümlədən məcburi köçkünlərə verilən vahid aylıq müavinətin məbləği 50 faiz artırılıb.
Eləcə də bax: Məcburi köçkünlər yaşamadığı mənzilləri - QAYTARMALI OLACAQLAR - RƏSMİ AÇIQLAMA
FED.az xəbər verir ki, bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində keçirilən növbəti kollegiya iclasında komitə sədri Rövşən Rzayev bildirib.
Dövlət Komitəsinin sədri deyib ki, ötən il beş minədək məcburi köçkün ailəsi yeni ev və mənzillə təmin edilib: «Birinci vitse-prezident Mehriban Əliyevanın tapşırığı ilə yeni mənzillərdə, ilk növbədə, hələ də ən ağır şəraitdə yaşayan məcburi köçkünlər yerləşdirilir».
Kollegiya iclasında komitənin mərkəzi aparatının, departamentlərin və tabe təşkilatların 2019-cu ilin yekunlarına dair hesabatları müzakirə edilib, kollegiyanın 2020-ci il üçün iş planı təsdiq olunub.
Kollegiyada müzakirəyə çıxarılan məsələlər barədə müvafiq qərarlar qəbul olunub.