“Mahal” MTK evimizi uçurur. Sumqayıt şəhəri, Nizami küçəsindəki sakinlərin çoxu razılaşsa da, əksəriyyət bunu istəmir. Onların verdiyi kompensasiya ilə buralardan ev almaq mümkün deyil”.
Bakının bu ərazisində evlər sökülür - PARK SALINACAQ - VİDEO
FED.az xəbər verir ki, bu sözləri “Qafqazinfo”ya müraciətində Sumqayıtda yaşayan tanınmış paralimpiyaçı Ramin Əliyev bildirib.
Vətəndaşın evini sökən “İbrahim-Q” MTK ilə bağlı cinayət işi başlandı
O, şirkət tərəfindən evlərinin sökülməsindən narazıdır: “Şirkətin rəhbəri məni hədələyir. Deyir razılaşmasan, evdən çıxmasan, sənə başqa cür təzyiq göstərəcəyik. Evimin hazırkı dəyəri çox qalxıb. Onların vediyi kompensasiya maksimum 140 mindir. Halbuki, biz o məbləğə ancaq çox kənardan ev ala bilərik. Onların verdiyi məbləğ 2 il öncə üçün yaxşı idi. Kimsə pul qazanacaq deyə biz özümüzə orada-burada yer axtarmalı olacağıq. Mən özüm paralimpiyaçıyam, proses çətindir, xəstə halımla bu problem mənə lazım deyil. “Mahal” MTK bizi çox incidir”.
Vətəndaş düşünür ki, Sumqayıtda evlərin bahalaşması bu cür söküntü işləri aparan şirkətlər gəldikdən sonra olub.
“Mahal” MTK-dan verilən cavab isə bu oldu: “Orada kiməsə təzyiq göstərilməsi əsassızdır. Sakinlər şirkətdən qlobal rəqəmlər tələb edirlər. Mənzillərinə verilən qiymətlərlə razılaşmırlar və adətən məsələyə “fürsət” gözü ilə baxırlar”.
Sakinlərlə MTK-lar arasında yaranmış bu problemlə bağlı Sumqayıt Şəhər İcra Hakimiyyətinə də sorğu ünvanlandı. Qurumdan vətəndaşların şikayəti ilə bağlı suala belə münasibət bildirilib: “Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən sakinlərlə görüş keçirilib, sakinlərin müraciətləri dinlənilib və MTK rəhbərliyinə konkret tapşırılar verilib. Bu tapşırıqlar sakinlərin hüquqlarının qorunmasını və onların razılığının təmin edilməsini nəzərdə tutur”.
Qeyd edək ki, Ramin Əliyev 2008-ci il Çinin Pekin şəhərində Paralimpiya Oyunlarının iştirakçısı olub. O, həmçinin, 2007-ci il Avropa Çempionatının və 2010-cu ildə keçirilən Dünya kubokunun bürünc mükafatçısıdır. R.Əliyev Azərbaycan Respublikasının idman ustasıdır.