"Sovetski" ərazisində dövlət qeydiyyatına alınmış və bundan sonra qeydiyyata alınmasına müsbət rəy verilən abidələrin təyinatı məlum olub.
FED.az xəbər verir ki, ərazidə 73 tikili buna qədər dövlət mühafizəsinə götürülüb.
Ekspert Şurası və Azərbaycan Milli Elmlər Akademiyasının rəyi əsasında isə daha 33 tikiliyə tarixi-memarlıq abidə statusu verilməsi nəzərdə tutulur.
Bu 106 abidənin 96-sı fərdi yaşayış evi, 10-u isə müxtəlif təyinatlı tikililərdir. 10 tikilinin 3-ü hamam, 3-ü məscid, biri kilsə, digər 3-ü isə müxtəlif təyinatlı iaşə obyektidir. (Report)












