“İstənilən yerdə tikinti işləri üçün icazə sənədi olmalıdır”.
Bu şəhər və rayon Bakıya - BİRLƏŞDİRİLƏCƏK
FED.az bunu jurnalistlərə açıqlamasında Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev deyib.
Komitə sədri bildirib ki, torpaq üzərində hüquqdan layihələndirmə başlamalıdır.
"Qanunsuz tikintilərlə bağlı monitorinqləri yerli icra hakimiyyəti orqanlarına dəstək üçün bəzən onlarla birlikdə aparırlar. Rayon icra hakimiyyətləri qanunsuz tikintilərin qarşısını almalıdır. Qqanunsuz tikinti ilk olaraq dayandırılmalıdır, tikintinin qanuna uyğun tikilməsi mümkün deyilsə, bu sökülməlidir” - Komitə sədri qeyd edib.
Bakının Baş planı tezliklə təsdiq olunmalıdır
"Bakı şəhərinin Baş planı tezliklə təsdiq olunmalıdır".
Bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, bununla bağlı işlər artıq bitib:
"Baş plan şəhərin zonalaşdırılmasını, müvafiq məhdudiyyətləri özündə əks etdirir. Paytaxta uyğun müasir şəhərsalma yanaşmaları da plana salınıb".
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri bildirib ki, Bakının Baş planı şəhərin zonalaşdırılması, eyni zamanda, müvafiq məhdudiyyətlərin tətbiq edildiyi sənəddir. Bununla yanaşı, sənəddə bir çox yeni şəhərsalma yanaşmalar üzrə Bakıya uyğun təkliflər veriləcək.
“Tarixi mərkəzlərdə gedən tikintilərdə tarixilik qorunmalıdır. Əsrlərlə formalaşmış tarixi şəhərsalma mühiti qorunmalıdır. Həmin ərazilərdə aparılacaq yeni işlər həmin mühitə uyğun aparılmalıdır. Bu, istər bərpa işlərində, istərsə də yeni bina tikintisində qorunmalıdır”, - Anar Quliyev qeyd edib. (Apa)